Milli Musiqi günü

Bazar günü | 24 Sentyabr, 2023

26 sentyabr tarixində Milli Musiqi günü münasibətilə muzey məkanında Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə Bülbül adına orta ixtisas musiqi məktəbinin konserti baş tutacaqdır. 18 Sentyabr tarixi təqvimimizdə Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar görkəmli musiqişünas, yazıçı, publisist, ictimai xadim, maarifçi Üzeyir Hacıbəylinin  dünyaya göz açması ilə bilavasitə bağlıdır.

Musiqili konsert boyunca qonaqlar Ü.Hacıbəylinin “Sevgili canan”,  A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən qızların rəqsi, P. Çaykovskinin “Noktürün”, S. Raxmaninovun “Romance”, F. Şopenin “Etüd” və R.Riveranın “Vals” kimi məşhur əsərlərini canlı dinləyəcəklər.

Musiqili proqramdan sonra qonaqlara Ümummillider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi çərçivəsində “Musiqi aləminə səyahət” adlı tematik mühazirə təqdim olunacaqdır. Tematik ekskursiya çərçivəsində ziyarətçilər muzeyin ekspozisiyasında yer alan Azərbaycan musiqisinin görkəmli nümayəndələri, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Arif Məlikov, Qara Qarayevin yaradıcılığı və təsviri sənətimizdəki obrazları ilə tanış olacaqlar.

Tədbirə giriş sərbəstdir.

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.